Motorola RAZR geri qayıdır? Şirkət əyilə bilən smartfonun patentini aldı



    Motorola şirkəti əyilə bilən smartfon modelinin patentini əldə edib. Patentdə smartfonun adı hallanmasa da bir çoxlarının fikrincə söhbət, vaxtı ikən məşhur olmuş Motorola RAZR modelinin yeni versiyasından gedir. Patentdəki fotolardan da görmək olar ki, Motorola-nın yeni smartfonundakı ekran hissəsi ön paneli tamamilə əhatə edir və bununla yanaşı tən ortadan bükülə biləcək. Bükülmə prosesi isə smartfonun ortasında yerləşən xüsusi elastiki material və ya şarnirlər vasitəsilə reallaşdırılır.


    Smartfonun arxa panelində isə kameralar, barmaq izi skanı və səsgücləndirici üçün nəzərdə tutulmuş çərçivə yerləşir. Smartfonun adı, təqdimat və satış tarixləri, texniki göstəriciləri barəsində isə heç bir məlumat yoxdur. Patentdəki smartfonun nəticə etibarilə istehsal olunacağı hələki bilinmir. Lakin yaxın zaman ərzində əyilə bilən Galaxy F modelinin təqdimatını nəzərə alsaq, Motorola şirkətinin də bu cür smartfonunun uğur qazanma şansı çox yüksəkdir.


Proqramlar, son yeniliklər telegramda
Detallı məlumat

Biz sosial şəbəkələrdə
Sayğaclar