Samsung şirkəti əyilə bilən planşet istehsal edə bilər



    Bugün məlum olub ki, Samsung şirkəti əyilə bilən planşet modelinin patentini əldə edib. Patent fotolarından belə qənaətə gəlmək olar ki, əyilə bilən planşetin ekranı 10 və ya 12 inç-lik olacaq. Bununla yanaşı planşeti həm daxili tərəfə həmdə xarici tərəfə əymək mümkün olacaq. Xarici tərəfə əyilmiş formada da planşetdən rahatlıqla istifadə etmək mümkün olacaq. Daxili tərəfə əyilmiş formada isə planşet kompakt olacaq və beləliklə onu rahatlıqla istənilən yerə aparmaq olacaq. Samsung-un əyilə bilən planşet modelinin adı, texniki göstəriciləri, qiyməti və təqribi satış tarixi barəsində isə heç bir məlumat yoxdur. Çox güman ki, bu planşet elə patent olaraq qalacaq. Bəlkə də nə vaxtsa şirkət həqiqətən də bu cür cihazı istehsal edəcək.


Proqramlar, son yeniliklər telegramda
Detallı məlumat

Biz sosial şəbəkələrdə
Sayğaclar