Kuins Universitetinin (Kanada) mütəxəssisləri MagicScroll adlı cihazın prototipini yaradıblar. Bu cihaz tamamilə boru formasında bükülə bilən 7.5 inç elastik ekrandır. Maraqlısı ondadır ki, bu cihaz 3D printer vasitəsilə yaradılıb. Cihazın kənarlarında olan xüsusi diyircəklər vasitəsilə ekranı həmçinin scrollamaq da olur. Prototip cihazın ekranı 2K keyfiyyətinə sahibdir. Mütəxəssislər qeyd etsələr ki, onların hazırladıqları bu cihaz hələ bazarda təqdim olunmaq üçün hazır deyil, onlar yenə də ekranın potensial tətbiqetmə sahələrini artıq araşdırırlar. Məslən bu ekran iPad kimi böyük cihazları kompaktlaşdıra bilər və beləliklə iPad kimi cihazı bir qələm formasına çevirə bilər. Bundan əlavə olaraq prototip model həmçinin kameraya da sahibdir. Beləliklə onu jestlər vasitəsilə də idarə etmək olar.