İnternetdə qeyri-adi kamera sisteminə sahib gizli Nokia modelinin fotosu sızdırılıb



    Nokia smartfonlar seriyasına uzun müddətdir ki, Nokia 9 modelinin əlavə olunması gözlənilir. Bu, özəl xüsusiyyətlərə sahib flaqman modeli ola bilərdi. Bu barədə artıq bir neçə müddətdir ki, bir sıra şayiələr gəzir. Bugün isə internetə Nokia-nın bilinməyən modelinin fotosu sızdırılıb. Sözügedən smartfon barəsində heç bir məlumat yoxdur. Bir neçə müddət bundan öncə məlumat yayılmışdı ki, HMD Global şirkəti TA-1131 kod adlı Nokia smartfonu üzərində çalışır. Bəlkə də yayılmış fotoda əks olunan smartfon məhz həmin kod adına sahibdir?


    Nokia 9 (TA-1131) modelinin texniki göstəriciləri barəsində yalnız fantaziyalar qurmaq olar. Çox güman ki, smartfon Snapdragon 845 prosessoru, 6/8 GB RAM və qeyri-adi kameralar sistemi ilə təchiz olunacaq. Yayılmış fotoda əks olunmuş smartfonun arxa panelində neçə ədəd kameranın olduğunu söyləmək çətindir. Lakin görünür, smartfon minimum 3 arxa kamera ilə təchiz olunacaq. Digər dairəvi hissələr isə infraqırmızı fokus və digər ötürücülər ola bilərlər. Bəlkə də bu kameralar əfsanəvi PureView brendinin geri qayıtmasına işarə edir? 


Proqramlar, son yeniliklər telegramda
Detallı məlumat

Biz sosial şəbəkələrdə
Sayğaclar
undetected Valorant cheats