Son bir neçə gün ərzİndə HMD Global şirkətinin yeni flaqman modeli olan Nokia 9 PureView haqqında bir sıra məlumatlar ortaya çıxıb. İndi isə smartfoun güman olunan təqdimat tarixi haqqında məlumat ortaya çıxıb. Belə ki, Nokia Anew adlı Twitter səhifəsinin verdiyi məlumata əsasən sözügedən smartfon Fevralda keçiriləcək MWC 2019 sərgisində deyil, Yanvar ayında xüsusi bir tədbir çərçivəsində təqdim olunacaq. Smartfonun satışa çıxış tarixi isə həmin tədbirdə bildiriləcək.
Bu xəbərin nə dərəcədə doğru olduğu məlum deyil. Lakin buna baxmayaraq şirkətin bu smartfonu məhz MWC 2019 sərgisində təqdim etməsi daha məntiqli olardı. Son əldə olunmuş məlumatlara inansaq Nokia 9 PureView modeli 6 inç QHD keyfiyyərli OLED ekran (üzərində çıxıntı hissə olmadan), 8 nüvəli Snapdragon 8150 prosessoru, 8 GB RAM, 128 GB-a kimi daxili yaddaş və 4150 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq. Smartfonun əsas özəllikləri siyahısında 5 arxa kamera və ekrana inteqrasiya olunmuş barmaq izi skanı olacaq. Bununla yanaşı çox güman ki, smartfon ənənəvi 3.5 mm-lik audiogirişdən məhrum olacaq.