Xiaomi şirkəti ucuz smartfonlarda reklam bannerlərinin sayını artırıb



    Son zamanlar Xiaomi smartfonlarının istifadəçiləri öz cihazlarında çoxlu sayda reklam bannerlərinin ortaya çıxmasından şikayətlənirlər. MIUI interfeysinin son yenilənmələrində reklam bannerlərinin sayı həqiqətən də artıb. İstifadəçilər isə bu özəllikdən heç də məmnun deyillər. İstifadəçilərin sözlərinə görə həmin reklam bannerləri smartfonların orijinal tətbiqlərindən əlavə ayarlar hissəsində də ortaya çıxır. Üstəlik həmin reklam bannerlərini deaktiv etmək mümkün deyil. Xiaomi şirkəti isə təsdiqləyib ki, reklam bannerlərinin sayı artırılıb.


    Lakin şirkət bunu dəyişən deyil. Belə ki, Xiaomi şirkəti öz smartfon modellərinə ucuz qiymətlər təyin etməklə məşhurdur. Bir neçə müddət budan öncə isə şirkət bildirmişdi ki, o öz satılan məhsullarının qiymətlərindən 5%-dən çox gəlir əldə etməyəcək. İstər-istəməz şirkət gəlir əldə etməlidir. Buna görə də Xiaomi şirkəti MIUI interfeysinə reklam bannerlərini yerləşdirir. Qeyd etmək lazımdır ki, söhbət yalnız MIUI interfeysli smartfonlardan gedir. Android One ilə çalışan smartfonlara bu şamil olunmur. Lakin bununla belə şirkət bu cür reklam bannerlərinin deaktiv edilməsi mümkünlüyünü də söz verib.


Proqramlar, son yeniliklər telegramda
Detallı məlumat

Biz sosial şəbəkələrdə
Sayğaclar