loading...

Xiaomi'nin hansı smartfonları yaxın zamanda Android 9.0 Pie dəstəyi alacaqlar?



    Xiaomi şirkəti aktual MIUI interfeysli Android 9.0 Pie əməliyyat sistemi dəstəyini yaxın zamanda əldə edəcək smartfonların siyahısını təqdim edib. Siyahıda yeni smartfon modellərindən başqa şirkətin keçmiş modelləri də yer alıb. Qeyd etmək lazımdır ki, Mi Mix 2S, Mi 8Mi 8 Explorer Edition smartfonları üçün artıq Android Pie əməliyyat sisteminin beta versiyaları təqdim olunub.

    Mi 8 seriyasının bir neçə modeli və Mi Max 3 smartfonu bu ilin sonuna kimi yeni əməliyyat sistemi dəstəyini əldə edəcəklər. Yeni əməliyyat sisteminin dəstək tarixləri smartfonların Çin versiyaları üçün nəzərdə tutulub. Buna görə də smartfonların qlobal versiyaları üçün Android Pie bir qədər gecikə bilər. Bu ilin sonuna kimi həmçinin Redmi 5, Redmi 5A, Redmi 5 PlusMi 5X modelləri MIUI 10 interfeysli Android 8.0 Oreo dəstəyini əldə edəcəklər. Bu smartfonların Android 9.0 Pie dəstəyini almaları isə güman olunmur.



Detallı məlumat

Statistika
Xəbərlər: 7897
+0

Rəylər: 13317
+0

İstifadəçilər: 48766
+3


Qrup üzrə:
Adminlər: 7
Redaktorlar: 4
Jurnalistlər: 0
Təsdiqlənmiş istifadəçilər: 0
İstifadəçilər: 48754

Vaxt üzrə:
Bu gün: 3
Dünən: 3
Həftə ərzində: 11
Ay ərzində: 42

Qeyd: E-mail hesabları hazırda işlək olmayan istifadəçilərin hesabları hissə-hissə olaraq silinəcək. Təxmini hesablamalara görə 60 mindən çox qeydiyyatlı istifadəçinin 20-30 mini saytımızdan silinəcək.
Biz sosial şəbəkələrdə
Sayğaclar