Xiaomi şirkəti özünün 5 məşhur smartfon modelinin dəstəyini dayandırır



    Xiaomi şirkəti Android smartfon istehsalçıları arasında öz məhsullarının uzunmüddətli dəstəyi ilə tanınır. Lakin heçnə sonsuz deyil. Belə ki, şirkət özünün MIUI interfeysinin yenilənmiş versiyalarının 5 məşhur Xiaomi modeli üçün çıxmayacağını elan edib. Beləliklə şirkət özünün 5 smartfon modelinin dəstəyini dayandırıb.

    22 Noyabr tarixindən Xiaomi şirkəti Redmi Note 3 Pro, Mi5, Mi4, Mi4CMi4S modelləri üçün birdə MIUI yenilənməsini təqdim etməyəcək. Mi5 və Redmi Note 3 Pro modelləri üçün sonuncu stabil MIUI yenilənməsi MIUI 10.2, Mi4, Mi4S və Mi4C modelləri üçün isə sonuncu stabil MIUI yenilənməsi MIUI 10.1 olmuşdu.

    Şirkət həmçinin bu smartfon modelləri üçün test yenilənmələri dəstəyini də dayandıracaq. Maraqlısı ondadır ki, şirkət Mi5 ilə eyni ildə satışa çıxmış Mi5S ilə Mi5S Plus modellərinin dəstəyini davam etdirəcək. Buna baxmayaraq Mi4 modelinin dəstəyi 4 il ərzində reallaşdırıldı. Digər smartfon istehsalçıları öz məhsullarına nadir hallarda bu cür diqqət ayırırlar. Qeyd etmək lazımdır ki, burda söhbət, hələki çinli istifadəçilər üçün olan interfeys yenilənməsi dəstəyinin dayandırılmasından gedir. Şirkət qlobal istifadəçilər ilə bağlı heç bir məlumat verməyib.

Proqramlar, son yeniliklər telegramda
Detallı məlumat

Biz sosial şəbəkələrdə
Sayğaclar