Xiaomi şirkəti yerində durmayaraq özünün Black Shark gamer smartfonunun yeni versiyası üzərində çalışır. Yeni model Çinin sertifikatlaşdırma mərkəzi olan TENAA-da ortaya çıxıb. Xiaomi Black Shark 2 xarici görünüşcə birinci modelə bənzəyir. Yaşıl rəngə üstünlük verilmiş həmin dizayn və korpusun metal çərçivələri. Lakin arxa panel tərəfdən yeni model bəzi dəyişikliklər əldə edib. Yeni modeldə barmaq izi skanı texnologiyası arxa paneldə yerləşir.
İkili arxa kamera isə yerini dəyişərək mərkəz hissədə yer alıb. Smartfonun sol kənarında oyun rejiminə keçid düyməsi yerləşir. Smartfon 5.99 inç ekran və 4000 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq. Smartfonun bütün texniki göstəriciləri TENAA-da təqdim olunmayıb. Lakin güman etmək olar ki, Xiaomi Black Shark 2 modeli Snapdragon 845 prosessoru və 8 GB RAM ilə təchiz olunacaq. Şirkət yeni modeli hələ anons etməyib. Lakin onun TENAA-da ortaya çıxmasından belə qənaətə gəlmək olar ki, smartfonun təqdimatı yaxın müddətdə baş tutacaq.