Samsung o şirkətlərin sırasındadır ki, hələ də smartfonlarının Android Pie əməliyyat sistemi dəstəyini nə zaman əldə edəcəklərini elan etməyib. İndi isə internetdə bununla bağlı maraqlı xəbər yayılıb. Belə ki, şirkətin Fransa üzrə şöbəsi Samsung Members forumunun iştirakçılarına bildirib ki, Samsung istehsalı smartfonlar Android Pie əməliyyat sistemini gələn ilin Yanvar ayından tez əldə etməyəcəklər. İlk öncə yeni əməliyyat sistemini Samsung-un flaqman modelləri olan Galaxy S9 və Note 9 əldə edəcəklər.
Daha sonra yeni əməliyyat sistemi dəstəyini keçmiş illərin smartfon modelləri əldə edəcəklər. Bundan əlavə olaraq Samsung tərtibatçıları yeni əməliyyat sistemi ilə birlikdə smartfonlara yeni funksiyaların da əlavə olunacağını qeyd ediblər. Məsələn yeni flaqman modellərdə olan bəzi funksiyalar daha köhnə modellərə də əlavə olunacaq. Bundan əlavə olaraq tərtibatçılar Gallery bölməsindəki faylların əks olunma tərzini bir qədər dəyişəcəklər və kameraya əlavə funksiya əlavə edəcəklər. Söhbətin hansı funksiyadan getdiyi isə hələki bilinmir.