Volkswagen'in CEO'su: 'Biz Tesla şirkətindən iki dəfə ucuz elektromobillər istehsal edəcəyik'



    Bir sır avtomobil istehsalçıları yaxın gələcəkdə öz elektromobil modellərini təqdim etməyə hazrlaşırlar. Lakin görünür, Volkswagen şirkəti bu sahədə daha inamlıdır. Belə ki, şirkət üçün “Tesla şirkətinə çatmaq və onu geridə qoymaq” sloqanı əsl biznes modelə çevrilir. Volkswagen özünün bütün avtomobil seriyasının elektrikləşməsinə daha çox diqqəti cəlb etməyə davam edir. Şirkət təmiz enerji ilə çalışan avtomobillər sahəsinə 30 milyard avro investisiya yatırıb və onun ilk elektromobil modelləri artıq gələn il satışa çıxmalıdırlar. Şirkətin CEO-su Herbert Diess-in sözlərinə görə yeni elektromobil seiyası daxili yanacaq mühərrikli avtomobillərin analoqu olacaqlar. Onlar daxili yanacaq mühərrikli avtomobillərdən qiymət, texniki performans və qətt olunan yol cəhətdən fərqlənəcəklər.

    “2020-ci ilə kimi biz də Tesla şirkəti kimi elektromobillər istehsal edəcəyik. Lakin onlar Tesla modellərindən daha ucuz olacaqlar” – deyə Herbert Diess bildirib. Herbert Diess öz bəyanatında hansı Tesla modelindən söhbətin getdiyini tam dəqiq açıqlamayıb. Əgər I.D seriyalı lüks elektromobillərin qiyməti 30.000$ təşkil etsə, Herbert Diess həqiqəti söyləmiş olacaq. Belə ki, baza komplektasiyalı Tesla Model S-in qiyməti iki dəfə bahadır. Lakin əgər həmin vaxta kimi Elon Musk 35.000$ qiymətə sahib Tesla Model 3-ün istehsalat tempini yüksəltsə, çətin ki, Volkswagen şirkəti 17.500$ qiymətə sahib elektromobil modeli təqdim etsin. Lakin bunun olacağı təqdirdə bu, avtomobil bazarını tamamilə dəyişəcək.

    Şirkət dəfələrlə qeyd etmişdi ki, VW I.D seriyalı elektromobillər dizel yanacağı ilə çalışan avtomobillərdən bir qədər baha olacaqlar. Bundan əlavə olaraq VW I.D elektromobili haqqında bəzi yeni məlumatlar da ortaya çıxıb. Beləliklə hər bir elektrmobil 3 kompüter ilə təchiz olunacaq. Onların hər biri sonradan əlavə olunacaq avtopilot özəlliyini dəstəkləyəcək. Proqram təminatı yenilənməsi elektromobillərə avtomatik gələcək. Tesla modellərində də bu cür olur. Yaxın zamanda şirkət öz zavodlarından birini tamamilə elektromobil istehsalına yönəldəcək. Bu isə öz növbəsində 2020-ci ilə kimi ildə 100.000 elektromobil istehsal etməyə imkan verəcək.

Proqramlar, son yeniliklər telegramda
Detallı məlumat

Biz sosial şəbəkələrdə
Sayğaclar