Bugün ilk Android smartfonun 10 yaşı tamam olur



    Düz 10 il bundan öncə mobil cihazlar bazarında Android əməliyyat sistemi ilə çalışmış ilk smartfon modeli satışa çıxmışdı. Həmin vaxtda əməliyyat sisteminin heç adı belə yox idi. Lakin buna baxmayaraq o, tətbiqlər arasındakı çoxfunksionallığın və tətbiqlərdəki kontentin birgə istifadəsinin nizamlanmasının öhdəsindən çox yaxşı gəlirdi. 2008-ci ilin payız fəslində məşhur T-Mobile mobil operatoru Android əməliyyat sistemi ilə çalışmış ilk smartfon modeli HTC Dream-i təqdim etmişdi. Onun başqa adı isə T-Mobile G1 idi. Smartfon həmin vaxt üçün heç də pis olmayan texniki göstəricili müasir cihaz kimi təqdim olunmuşdu.


    HTC Dream Qualcomm MSM7201A prosessoru, 192 MB RAM, 256 MB daxili yaddaş (16 GB-a kimi microSD dəstəkli) və 3 MP-lik arxa kamera ilə təchiz olunmuşdu. Müasir trendlər ilə müqayisədə smartfonun dizaynı bir qədər spesifik idi. Smartfonun sensorlu ekrana sahib olmasına baxmayaraq onu həmdə fiziki klaviatura ilə təchiz etmişdilər. Bu səbəbdən HTC Dream slayder formatında hazırlanmışdı. Buna görə də onun qalınlığı 17 mm təşkil edirdi. Bu, üst-üstə qoyulumuş iki ədəd iPhone Xs modelindən daha qalındır. Bir neçə ay ərzində sərfəli qiymət, keyfiyyət və çoxlu sayda pulsuz tətbiqlərin hesabına HTC Dream ABŞ bazarının 6%-ni tutmuşdu.

Proqramlar, son yeniliklər telegramda
Detallı məlumat

Biz sosial şəbəkələrdə
Sayğaclar