Facebook şirkəti bu ilin üçüncü rübündə əldə etiyi göstəricilərin hesabatını təqdim edib. Şirkət üçün bu ilin üçüncü rübü 30 Sentyabr tarixində bitmişdi. Şirkətin əldə etdiyi yüksək göstəricilərə baxmayaraq analitiklər maliyyə və şirkətin auditoriyasının böyüməsi baxımından daha böyük göstəriciləri proqnoz edirdilər. Beləliklə şirkətin ümumi gəliri 33% (13.73 milyard dollar) yüksəlib. Refinitiv şirkətinin analitikləri isə 13.79 milyard dollar dəyərində gəlirin əldə olunacağını proqnoz etmişdilər. Şirkətin təmiz gəliri 9% artaraq 5.14 milyard dollar təşkil edib. Bu isə bir şirkət səhminin 1.76$ dəyərində olduğunu göstəriri. Keçən il şirkətin təmiz gəliri 4.7 milyard dollar təşkil edirdi və bir şirkət səhmi 1.59$ dəyərində qiymətləndirilirdi.
Analitiklər isə bir şirkət səhmini 1.47$ dəyərində olacağını proqnoz etmişdilər. Hər gün Facebook-a 1.49 milyard insan daxil olur. 1 il ərzində sosial şəbəkəyə daxil olanların sayı 9% yüksəlib. Lakin analitiklər gündəlik istifadəçi auditoriyasının 1.51 milyard insan olacağına ümid edirdilər. Sosial şəbəkənin aylıq istifdəçi kütləsi isə 2.27 milyard insan təşkil edib. Analitiklər bunun 2.29 milyard insan olacağına ümid edirdilər. 2.6 milyarddan çox insan şirkətin heç olmasa bir servisindən (Messenger, Whatsapp, Instagram) istifadə edir. 2 milyarddan çox insan isə gün ərzində heç olmasa bir dəfə sadalanmış servislərdən birinə daxil olur. Şirkətin üçüncü rüb üçün olmuş xərcləri 53% yüksələrək 7.9 milyard dollar təşkil edib.