Google şirkəti yeni əməliyyat sistemi Android Q'ni artıq test etməyə başlayıb



    Məşhur bençmark saytı olan Geekbench-də Google şirkətinin yeni əməliyyat sistemi olacaq Android Q-nin quraşdırıldığı Google Pixel 3 XL modeli aşkar edilib. Görünür, şirkət artıq öz yeni əməliyyat sisteminin testini edir. Bununla yanaşı yeni Android versiyasının anonsunu yaxın zaman ərzində gözləməyə ehtiyac yoxdur. Çox güman ki, şirkəti yeni Android versiyasının ilk test versiyasını gələn ilin yaz fəslində təqdim edəcək. Məlum olan odur ki, yeni Android versiyasında tətbiqlər çoxekranlı rejimdə eyni anda çalışa biləcəklər. Bundan başqa yeni əməliyyat sistemi haqqında heç bir məlumat yoxdur. Qeyd etmək lazımdır ki, Android Q əməliyyat sisteminin test olunduğu Google Pixel 3 XL modeli 4 GB RAM və Snapdragon 845 prosessoruna sahibdr. Birnüvəli testdə smartfon 2404 xal, çoxnüvəli testdə isə 8510 xal toplayıb.


Proqramlar, son yeniliklər telegramda
Detallı məlumat

Biz sosial şəbəkələrdə
Sayğaclar