Yeni Call Of Duty oyununda PUBG modu fərqli olacaq



Əfsanə oyun seriyalarından olan Call Of Duty'nin yeni oyunu Black Ops 4 trendlərə uyğun şəkildə hazırlanır. Oyunun Blackout adında Battle Royale modu olacaq. Yəni, PUBG tərzində olacaq. Digər oyunlardakı modlardan fərqli olacağı deyilən bu mod ilə əlaqəli bir sıra məlumatlar sızdırıldı.

CoD: Black Ops 4 oyununda Battle Royale modunda maksimum 60 nəfər ola biləcək. Digər Battle Royale oyunlarındakı kimi 100 nəfərə icazə verilmiyəcək.    

Oyunun test versiyasının şəkli internətə sızdırıldı və şəkildən anlaşıldığına görə maksimum 60 nəfər bu modda olacaq. Oyunu hazırlayan şirkət Treyarch Studios vurğulamışdı ki, Blackout modu çox geniş olacaq. Çox güman ki, Battle Royale modu digər oyunlarda olan modlardan daha fərqli xüsusiyyətlərə malik olacaq. Bir digər ehtimal isə sadəcə test versiya olduğu üçün serverlərə maksimum 60 nəfərin giriş etməsinə icazə verilməsidir. CoD sevərlər olaraq yeni bir oyun təcrübəsi bizi gözləyir. Çıxış tarixi: 12 Oktyabr 2018


Proqramlar, son yeniliklər telegramda
Detallı məlumat

Biz sosial şəbəkələrdə
Sayğaclar