NASA kosmik turizm ilə məşğul olacaq (VİDEO)



    NASA Rusiya Federasiyasının planı üzrə getməyi planlaşdırır. Belə ki, BKS-ə (Beynəlxalq Kosmik Stansiya) olacaq missiyalar çərçivəsində NASA kosmik gəmidə olacaq boş yerləri varlı şəxslərə satacaq. NASA-nın kosmik turizm ilə məşğul olma planını NASA-nın direktoru Jim Bridenstine bildirib. Əgər bu ideya reallaşdırma mərhələsinə çatsa, NASA da Elon Musk-ın SpaceX Richard Brenson-un Virgin Galactic şirkətləri kimi kosmik turizm xidmətini təklif edəcək. Lakin NASA-nın kosmik turizmi sadəcə olaraq BKS-ə baş çəkməklə kifayətlənəcək.

    Qeyd etmək lazımdır ki, indiyənə kimi kosmik turzim sahəsi ilə ciddi olaraq Roskosmos məşğul olurdu. Roskosmos bu işi Space Adventures şirkəti ilə bir yerdə reallaşdırırdı. İlk uçuşların qiyməti 20 milyon dollar təşkil edirdi. Sonradan onların qiyməti 40 milyon dollara kimi qalxdı. Rusiya Federasiyasının bu təcrübəsi onu göstərdi ki, dövlət kosmik şirkətləri üçün olan turizm sahəsi dövlətin əlavə gəlir əldə etməsi baxımından çox yaxşı üsuldur. Turistlərin kosmosa uçuşları 20 il bundan öncə başlamasına baxmayaraq, bu proses hələ də kütləvi xarakter almayıb. Bütün bu müddət ərzində Roskosmos cəmi 7 nəfər müştərini kosmosa turist qismində göndərib.


    Bu işin ən qəliz hissəsi ondan ibarətdir ki, potensial turist də BKS-in tam üzvünə çevrilməli olur. Belə ki, o tam yoxlanışdan keçməli və BKS-də yaşamağı öyrənməlidir. Roskosmos və NASA-dan fərqli olaraq kosmik sahədə çalışan sahibkarlar kosmik turizmi adi insanların turizm sözünü başa düşdükləri hala gətirmək istəyirlər: Mütəmadi uçuşlar, bilet kassaları, kosmik gəmilər, kosmosu yaxşı seyr etmək üçün xüsusi hazırlanmış kosmik gəmi illuminatorları və s. SpaceX və Virgin Galactic şirkətlərinin planlarında BKS-ə çatdırılma yoxdur.

    Richard Brenson-un kosmik turizm proqramı kosmosda bir neçə dəqiqə uçuşdan sonra Yer kürəsinə qayıdışdan ibarətdir. Bu sahədə Elon Musk-ın planı daha qəliz və iddialıdır. Belə ki, o, kosmik turistləri Ay ətrafı uçuş və daha sonra Yer kürəsinə qayıdışı söz verir. Brenson və Musk artıq ilk kosmik turizm uçuşları üzrə müqavilələrə sahibdirlər. Bir sıra məlumatlara əsasən Virgin Galactic şirkəti biri 250$ olan 650 bilet sata bilib. Musk-ın ilk kosmik turizm uçuşunu isə yaponiyalı milyarder Yusaku Maezawa alıb.

Proqramlar, son yeniliklər telegramda
Detallı məlumat

Biz sosial şəbəkələrdə
Sayğaclar