iPhone SE 2-nin dizaynı yeni sızdırılmış məlumatlar ilə təsdiqləndi



    İnternetdə hələ anonsu olmamış iPhone SE 2 modeli barəsində çoxlu sayda yeni sızdırılmış məlumatlar ortaya çıxıb. Bu barədə Phonearena saytı xəbər verib. Bir çox müxtəlif mənbələr və o cümlədən keys istehsalçısı olan Olixar şirkəti təsdiq ediblər ki, ikinci nəsil iPhone SE iPhone X-dəki kimi çərçivəsiz ekrana sahib olacaq. Mobil cihazlar üçün aksessuar istehsalı ilə məşğil olan Olixar şirkəti nəinki iPhone SE 2-nin qoruyucu şüşəsini göstərib, həmdə sızdırılmış məlumatlar əsasında smartfonun render fotosunu yaradıb.


    Daha öncədən də sızdırılmış məlumatlara əsasən yeni iPhone SE modeli orijinal modelin korpusunun formasını özündə saxlayacaq. Lakin bununla yanaşı o, iPhone X-dəki kimi tamamilə çərçivəsiz ekranla təchiz olunacaq və ekranın yuxarı hissəsində çıxıntı olacaq. Həmin çıxıntıda danışıq üçün səsgücləndirici, kamera və istifadəçi üzünün skan olunması üçün Face ID sistemi yerləşdiriləcək. Əgər render və aksessuar fotolarını saxtalaşdırmaq mümkündürsə, real aksessuarların fotolarına inanmamaq bir qədər çətindir. Belə ki, çinli insayderlər iPhone SE 2-nin ekran modulunun fotosunu paylaşıblar.


    “Bu il iPhone SE 2 modelini gözləməyə dəyərmi” mübahisəsinə məşhur insayder Evan Blass son qoyub. O sadəcə olaraq öz Twitter hesabında “iPhone SE 2018” yazısının əks olunduğu fotonu paylaşıb. Beləliklə bu il iPhone SE modelinin ikinci nəslinin təqdimatını gözləməyə dəyər. iPhone SE 2-nin 4 İyun tarixində Apple tərəfindən keçiriləcək WWDC 2018 tədbirində təqdim olunacağı gözlənilir.


Proqramlar, son yeniliklər telegramda
Detallı məlumat

Biz sosial şəbəkələrdə
Sayğaclar