Məşhur analitik iki SIM kart girişli iPhone'lar barəsində məlumatlar verdi



KGI şirkətindən olan məşhur analitik Ming-Chi Kuo təqdim olunacaq 3 iPhone modeli barəsində yeni məlumatlar verib. Onun sözlərinə görə təqdim olunacaq 3 iPhone modelindən 2-si iki SIM kart girişinə sahib olacaq. Onun verdiyi məlumata əsasən 6.1 inç LCD ekrana sahib olacaq iPhone modeli iki versiyada satılacaq: Bir və iki SIM kart girişli. Bir SIM kart girişli versiya 550-650$ qiymətində, iki SIM kart girişinə sahib olacaq versiya isə 650-750$ qiymətində satılacaq.

Bundan əlavə olaraq 6.5 inç OLED ekrana sahib olacaq flaqman iPhone modeli də iki SIM kart girişi ilə təchiz olunacaq. Lakin 5.8 inç OLED ekrana sahib olacaq iPhone yalnız bir SIM kart girişi ilə təchiz olunacaq. Əgər Ming-Chi Kuo-nun məlumatları düzdürsə, iki SIM kart girişinə sahib olacaq modellər iPhone üçün yeni qiymət seqmentini təqdim edəcək. Bundan əlavə olaraq əvvəlki məlumatlarda qeyd olunmuşdu ki, iki ədəd flaqman iPhone modeli 4 GB RAM və L şəkilli batareya ilə təchiz olunacaq. Yeni iPhone modellərinin təqdimatı ənənəvi olaraq Sentyabr ayında baş tutacaq. 


Proqramlar, son yeniliklər telegramda
Detallı məlumat

Biz sosial şəbəkələrdə
Sayğaclar
INTERNATIONAL YUAN