Galaxy Note 9 512 GB daxili yaddaşa sahib olacaq, lakin siz onu ala bilməyəcəksiniz



    Bir çox smartfon istehsalçıları strateji biznes qərarlarından istifadə edərək müxtəlif bazarlar üçün öz müxtəlif smartfon versiyalarını satışa çıxardırlar. Məsələn Galaxy S9-un bəzi rəngləri yalnız Koreya və Çin bazarı üçün aktivdir. İki SIM kart girişinə sahib versiya isə bəzi bazarlarda ümumiyyətlə satışa çıxmır. Çox zaman smartfonun daxili yaddaş həcmi məsələsi də konkret region üçün aid edilir.

    Görünür, bu məsələ Galaxy Note 9-a da aid ediləcək. Belə ki, sonuncu sızdırılmış məlumatlara əsasən 512 GB daxili yaddaşa sahib olacaq Galaxy Note 9 modeli yalnız Cənubi Koreya və Çin bazarlarında satışa çıxacaq. Məlumata əsasən Galaxy Note 9 6 GB RAM, 256 GB daxili yaddaş və 4000 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq. Nəzərinizə çatdıraq ki, Huawei şirkəti 512 GB daxili yaddaş həcminə sahib smartfon modelini artıq satışa çıxardıb. Söhbət, Huawei Mate RS flaqman modelindən gedir. 


Proqramlar, son yeniliklər telegramda
Detallı məlumat

Biz sosial şəbəkələrdə
Sayğaclar