Ming-Chi Kuo Apple məhsulları üzrə dəqiq proqnozlar verən etibarlı analitiklərdən biridir. Bu dəfə o, Apple şirkətinin bu il bizim üçün nələrin hazırladığı barədə öz proqnozlarını verib. Dizaynerlər isə tez bir zamanda onun proqnozlarından istifadə edərək siyahıdakı cihazların görünüşlərini tərtib ediblər.
- 5.8 və 6.5 inç OLED ekranlara sahib olacaq iki iPhone modeli və 6.1 inç LED ekrana sahib olacaq iPhone modeli
- 12.9 inç ekrana sahib olacaq yeni iPad Pro və 11 inç ekran ilə Face ID texnologiyalı (Home düyməsiz) iPad modeli
- Yeni Mac Mini
- Yenilənmiş MacBook və MacBook Pro, yeni prosessor və yüksək RAM göstəricili iMac
- Yeni MacBook Air
- 1.57 və 1.78 inç ekranlara sahib olacaq nazik çərçivəli yeni Apple Watch
- Naqilsiz şarj stansiyası AirPower
- Yeni AirPods.