Apple şirkəti yenilənmiş MacBook Pro modellərini təqdim etdi



    Apple şirkəti heç bir anons və təqdimat keçirtmədən MacBook Pro noutbooklarını yenilədi. Dəyişikliklər yalnız 13 və 15 inç ekranlı (Touch Bar texnologiyalı) MacBook Pro modellərini əhatə edib. Yeni modellər daha güclü prosessor, yeni nəsil klaviatura, TrueTone texnologiyalı Retina ekran və böyüdülmüş batareya həcmi təqdim edirlər. Bütün bu dəyişikliklər isə təbii ki, sözügedən noutbook modellərinin qiymətlərinə təsir ediblər. Yenilənmiş MacBook Pro modellərinin qiymətləri əvvəlki kimidir (1799$ və 2399$). Lakin bu qiymətlər noutbookların baza komplektlərinə aiddirlər.


    Belə ki, Apple şirkəti həmişə öz modellərinin daha təkmilləşdirilmiş versiyalarını da təqdim edir. Məsələn 32 GB RAM-a sahib versiya üçün əlavə olaraq 400$ ödəmək lazım gələcək. 4 TB-lıq PCIe SSD yaddaşlı versiya isə 3200$ dəyərində qiymətləndirilir. Lakin gəlin hər iki modellərin ilk olaraq texniki göstəricilərinə nəzər salaq. Beləliklə 15 inç Retina ekrana sahib MacBook Pro modeli 6 nüvəli Intel Core i7 / Intel Core i9 (Turbo Boost rejimində 4.8 GHz tezliyə kimi çalışma) prosessoru, 4 GB GDDR5 videoyaddaşlı Radeon Pro 560X videokartı, 32 GB-a kimi RAM dəstəyi, 4 TB-a kimi daxili yaddaş dəstəyi, Touch Bar sensoru, Touch ID barmaq izi skanı texnologiyası, Thunderbolt 3 dəstəkli 4 ədəd USB Type-C girişi və Siri səsli köməkçisini idarə etmək üçün əlavə Apple T2 xüsusi çipi ilə təchiz olunub. Bu modelin qiyməti 6699$ təşkil edir.


    13 inç Retina ekrana sahib MacBook Pro modeli isə 4 nüvəli Intel Core i5 / Intel Core i7 prosessoru (Turbo Boost rejimində 4.8 GHz tezliyə kimi çalışma), Intel Iris Plus Graphics 655 videoqrafikası, 16 GB-a kimi RAM dəstəyi, 2 TB-a kimi SSD yaddaş dəstəyi, Touch Bar sensoru, Touch ID barmaq izi skanı texnologiyası, Thunderbolt 3 dəstəkli 4 ədəd USB Type-C girişi və Siri səsli köməkçisinin idarə olunması üçün əlavə Apple T2 xüsusi çipi ilə təchiz olunub. Bu modelin qiyməti 1800$ təşkil edir.



Proqramlar, son yeniliklər telegramda
Detallı məlumat

Biz sosial şəbəkələrdə
Sayğaclar