SMS İnfo xidməti


SMS İnfo xidməti


"Bu ilin mart ayından pensiyaçılara SMS İnfo xidməti göstəriləcək". Bu barədə Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov ANS-ə müsahibəsində bildirib. Onuns sözlərinə görə, Dövlət Sosial Müdafiə Fondunda qeydiyyatda olan 1 milyon 292 min 348 nəfər əmək pensiyaçısının mühüm problemlərindən biri müavinətlərini almaq üçün dəfələrlə bankomatlara üz tutmalarıdır.
"Artıq bu problemə son qoyulacaq. Azərbaycanda, xüsusilə də rayonlarda vətəndaşlar pensiya almaq üçün bankomatların qarşısında növbəyə dururlar. Biz bu sistemə keçəndə, hər 1400 pensiyaçıya 1 bankomat nəzərdə tutmuşduq və tenderin şərtini də belə qoymuşduq. Lakin sonradan bu baxımdan problemlər yaranmağa başladı. Əksəriyyəti yaşlı nəil və əlil olan pensiyaçıların dəfələrlə bankomata gedib-gəlməməsi üçün bu məsələni həll etməyə çalışırıq. “Kapital Bank” və “Azərbaycan Beynəlxalq Bankı” ilə danışıqlar aparırıq. Bundan sonra hər ay pensiyaçıların hesabına pul köçdükdə, dərhal həmin təqaüdçülərin mobil telefonuna “sizin hesabınıza bu məbləğdə pul köçürülüb, ala bilərsiniz” tipli SMS məlumat gpndəriləcək", deyə S. Müslümov qeyd edib.
DSMF sədrinin sözlərinə görə, əgər təqaüdçünün şəxsi mobil telefonu yoxdursa, onun yaxınının, qohumunun nömrəsi qeyd oluna bilər. Hazırda Bakı şəhərinin bütün rayonlarında, Abşeron və Sumqayıtda mobil telefonların nömrələri öyrənilir və qeyd olunur.
Yeniliklərdən biri də vətəndaşların pensiyaya çıxmaq üçün internet vasitəsilə müraciət edə bilmələridir.
“Əgər vətəndaşın pensiya yaşı çatıbsa və onun 12 il sosial sığorta stajı varsa, o zaman bizim elektron ünvana müraciət edə bilər. Bu zaman heç bir sənəd tələb olunmayacaq. Vətəndaş sadəcə yaşadığı yeri və rayonu göstərəcək”, - deyə Səlim Müslümov qeyd edib.

Proqramlar, son yeniliklər telegramda
Detallı məlumat

Biz sosial şəbəkələrdə
Sayğaclar