Gizli nömrədən zəng xidməti
Bütün kompüter\playstation\telefona aid sualınızı yaza bilərsiniz
055 226 96 22
Azərbaycanda mobil rabitə operatorlarının müştərilərə göstərdiyi xidmətlərdən biri - В«gizli nömrədən zəngВ» xidməti yaxın vaxtlarda ləğv olunacaq.
В«APA-ECONOMICSВ»in məlumatına görə, bunu В«BakcellВ» şirkətinin baş hüquqşünası Mehman Səmədov bildirib.
Onu sözlərinə görə, hazırda bu məsələ Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən araşdırılır: В«Belə bir məsələ var ki, bütün mobil operatorlar bu xidmətdən imtina edəcəklərВ».
Qeyd edək ki, hazırda mobil rabitə operatorları tərəfindən tətbiq olunan bu xidmət zamanı istənilən istifadəçi nömrəsini gizlətməklə digər istifadəçiyə zəng edə bilər. Bununla yanaşı, qarşı tərəf ona zəngin hansı nömrədən daxil olduğu barədə məlumatı yalnız hüquq mühafizə orqanlarına müraciət etməklə ala bilər. Bu isə zəng qəbul edən istifadəçilərin narazılığına səbəb olur. Yeri gəlmişkən, mobil rabitə operatorlarında bildirirlər ki, məhz bu xidmətlə bağlı olaraq şirkətə hər gün onlarla şikayət daxil olur. Mobil operatorların bildirdiyinə görə, bu xidmətin istifadəçilərindən bir hissəsi vəzifəli şəxslərdir: В«Onlar kiməsə zəng edəndə öz nömrələrinin görünməsini istəmirlərВ». Digər istifadəçilər isə bu xidmətin yaratdığı imkanlardan sui-istifadə, yəni sadəcə başqalarını narahat etmək üçün istifadə edirlər: В«Göründüyü kimi, bəzi istifadəçilərimiz belə xidmətdən istifadəyə hazır deyilВ».
Proqramlar, son yeniliklər telegramda