Elektron Reyestr ilə bağlı vəziyyət nə yerdədir?


Elektron Reyestr ilə bağlı vəziyyət nə yerdədir?


Prezidentin fərmanına əsasən, həm yerli həm də mərkəzi icra hakimiyyəti orqanlarının göstərdikləri xidmətlərin geniş siyahısı Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə (ASAN) artıq təqdim edilib.

ASAN xidmətin mətbuat xidmətinin rəhbəri Anar Hüseynovun sözlərinə görə, fərmanda nəzərdə tutulan xidmətlərin Elektron Reyestri ilə bağlı quruculuq işləri davam edir. “Qeyd edilən işlər tamamlandıqdan sonra Reyestrin təqdimatı və istifadəsi ilə bağlı informasiya dövlət orqanlarına və ictimaiyyətə veriləcək”, deyə Anar Hüseynov əlavə edib.

Azərbaycan Respublikası Prezidentinin 11 sentyabr 2014-cü il tarixli, 262 nömrəli Fərmanının 3-cü hissəsinə əsasən həm yerli həm də mərkəzi icra hakimiyyəti orqanlarının göstərdikləri xidmətlər barədə müvafiq məlumatları 1 ay müddətində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə təqdim etməsi və mütəmadi yeniləməsi istiqamətində tapşırıq nəzərdə tutulub.

Yaxın vaxtlarda yerli icra orqanlarının da elektron formaya keçirilməli olan xidmətlərinin siyahısı hökumət tərəfindən təsdiqlənəcək.

Proqramlar, son yeniliklər telegramda
Detallı məlumat

Biz sosial şəbəkələrdə
Sayğaclar
Olimp Casino