İnternetdə çatlaşma


İnternetdə çatlaşma


Microsoft Live Messenger, Skype və ya Yahoo - Çatlaşma hansı təhlükələri yaradır?Microsoft Live Messenger, Skype və ya Yahoo! Messenger kimi sürətli mesajlaşma proqramları kompüter virusları və təhlükəli proqramların yayılmalaı üçün vasitəyə dönə bilər.Hakerlərin yeni hədəfləri Microsoft Live Messenger, Skype və Yahoo! Messenger kimi ani mesajlaşma proqarmalırıdır. Onlar həmin mesaj sistemləri vasitəsilə təhlükəli, troyan proqramlar və viruslar yaymaq istəyirlər.
Kibercinayətkarlar potensial qurbanlarını hədəfə almaq üçün gün keçdikcə yeni vasitələrdən istifadə edirlər. Ona görə də kompüterinin təhlükəsizliyini təmin etmək istəyənlər üçün 7 qızıl qayda hazırlamışıq, - məşhur antivirus proqramları istehsalçısı ESET korporasiyasının eksperti Pyer-Mark Buro bildirib.

Həmin qaydalar belədir:

1. Ani mesajlaşma proqramları vasitəsilə fərdi və ya önəmli bilgiləri əsla yollamayın. Xüsusilə də bank kredit kartı barədə bilgilər, parollar, telefon nömrələri və ya ünvanları bu proqramlar vasitəsilə göndərməyin.

2. Digər akkauntlarınız təki, ani mesajlaşma proqramlarınızın da parolları çox sadə olmalıdır. Fərqli akkauntlar və bank hesabları, habelə elektron poçtlar üçün fərqli parollardan istifadə edin.
Başqalarının olduğu yerdə internetdən istifadə edirsinizsə, proqramdan yararlanandan sonra mütləq həmin sistemdən çıxın.

3. Çatda tanış olduğunuz insanlarla real həyatda tanışlığın həmişə xoş olmadığını bilin. Yox, əgər mütləq həmin adamla tanış olmaq istəyirsinizsə, ilk görüşə gedəndə yanınızda etibar etdiyiniz adamı aparın.

4. Veb-kameradan istifadə etmədiyiniz zamanlar onu qapadın. Bəzi troyan proqramlar və viruslar həmin kameradan sizi izləmək üçün istifadə edə bilər. Kompüter və ya noutbukun öz kamerası varsa, onun üstünü örtün.

5. Tanımadığınız istifadəçinin yolladığı şəkilləri əsla açmayın, faylları kompüterə və ya noutbuka köçürməyin, linklərə tıklamayın. Tanıdığınız şəxsin yolladığı faylları isə həmin insana məktub yollayaraq göndərişi təsdiqləyəndən sonra açın.

6. Tanımadığınız şəxslərdən gələn mesajlara cavab verməyin. Əgər kimsə sizi dostlar siyahısına əlavə etməyə çalışırsa, siz də o adamı tanımırsınızsa - təklifi rədd edin.

7. İstənməyən mesajları əngəlləyin. Bütün mesajlaşma proqramlarında belə funksiya var.

Proqramlar, son yeniliklər telegramda
Detallı məlumat

Biz sosial şəbəkələrdə
Sayğaclar