Yuxunu ağıllı insanlar görə bilir


Yuxunu ağıllı insanlar görə bilir


Yuxunu yalnız ağıllı insanlar görür. Bu qərara amerikan alimləri gəlmişdir, hansı ki, onlar yuxu problemlərinin həll yollarını və onun sirrlərini öyrənməyə çalışırlar.

Bu qərara gəlmək üçün mütəxəssislər 2000 – dən artıq şəxs arasında tədqiqat aparmışdır. Bu insanlardan əksəriyyəti yuxu görməmiş, bəziləri isə gördüklərini də unutmuşdur. Yalnız intellektual testlərdən uğurla keçənlər əminlikdə daima gördükləri yuxu haqqında danışa bilmişlər. Həmçinin daha böyük intellektual səviyyəyə malik olanlar daha ətraflı və rəngli yuxular görürdülər.

Demək olar ki, bu alimlər çox da böyük yenilik etməyiblər. Çünki hamıya məlumdur ki, yuxular informasiya xarakteri daşıyır. Yuxu zamanı beyin gün ərzində qəbul edilmiş informasiyanı və müxtəlif sualların həlli yollarını araşdırır.

Hazırkı halda müxtəlif hadisələri və yeniliklərin yuxuda olarkən necə kəşf olunduğunu asanlıqla demək mümkündür, xüsusən də Mendeleyevin yuxusunun izahı artıq burda məlum oldu. Beyin önə qoyulmuş məsələlərin həlli yolların axtarır, ən ağır situasiyaların çıxış yolunu tapır.

İnsanların intellektual səviyyəsi olmadıqda o hansısa məsələlərin həlli yollarını axtarmır, onu heç nə maraqlandırmır. Yalnız adi və gündəlik həyat fəaliyyəti ilə məşğul olur. Bu zaman onlar çox az hallarda yuxu görürlər, çünki insan yatarkən onun beyni də tamamilə yatmış olur.

Proqramlar, son yeniliklər telegramda
Detallı məlumat

Təəssüratlar 2
rauf7
esi bos seylerdi ne ferqi vare
KymaR_
men yuxu gormesem yatammaram uraaa))
Biz sosial şəbəkələrdə
Sayğaclar