Həkim Məsləhətləri


Həkim Məsləhətləri



Gün vurmasından necə qorunmalı?

Gün vurması hallarında ani artan istilərlə mübarizədə ən yaxşı yol bol miqdarda su içməkdir.

Həkimlər xüsusən yaşlı və zəif insanların isti havalarda özlərinə daha çox diqqət etmələrini məsləhət görürlər.

Tibb ekspertləri günəşli və isti havalarda insanların bol miqdarda su içməsini, lazımi miqdarda duz və şəkərdən istifadə etməsini, dərinin nəfəs alması üçün geniş paltarlar geyməsini, tərkibində bol miqdarda su olan meyvə və tərəvəzlərdən istifadə etməsini məsləhət görürlər.

Pomidorun orqanizmə olan xeyirləri..

Yeni aparılan araşdırmaya görə, pomidorun çoxluq təşkil etdiyi diyetlər arıqlamağa daha çox kömək olur.

Alimlərə görə, pomidorda tapılan likopen, iştaha hormonlarını azaldaraq, insana toxluq hissi verir.

University of Reading`in tədqiqatçıları, pomidorlu çörəyi , 18-35 arasındakı 17 insan üzərində test etdilər. Normal və yerkökülü çörəyə nisbətən pomidorlu çörəyin daha doydurucu bir hiss verdiyi ortaya çıxdı.

Layihənin rəhbəri qida, maddələr mübadiləsi eksperti Doktor Julie Lovegrove` ya görə: Bu sadəcə kiçik bir araşdırma idi və pomidorun tərkibindəki əsil kömək maddəsinin nə olduğunu daha tam olaraq deyə bilmirik. Amma nəticələr statistiki olaraq əhəmiyyətlidir

The Tlegraph`a görə pomidora qımızı rəngi verən maddə likopen ;ürək xəstəlikləri, diabet, qocalıq , və bəzi xərçəng xəstəliyi növlərinə tutulmaq riskini azaldır

Cavan qalmağın dərmanı..

Finlandiyalı ekspertlərin apardığı araşdırma,gün ərzində bir parça pendir yeməyin yaşlanmaya bağlı olaraq sinir sistemində yaranan xəstəliklərin müalicəsində təsirli olduğu təsbit edildi

Ekspertlər belə dedi: Yaxşı bakteriyalar baxımından sıx olan köhnə pendirlər probiyotik cəhətdən daha zəngindir.

Bu pendirlərin içindəki bakteriyalar yaşlanmanı gecikdirici xüsusiyyətə də sahibdir əsasən yaşlılar mütləq köhnə pendir yeməlidir


Sızanaqlara son..

Ana südü ilə kokos yağından düzəldilən bir kremin yetkinlik sızanaqlarını müalicə etdiyi məlum oldu.

ABŞ`da edilən və tamamilə təbii bitkilərdən hazırlanan kremin heç bir əks təsiri yoxdur.

Tədqiqatçılar, ana südündən hazırlanan yeni üz kremi ilə milyonlarca insanın yaşadığı bu problemə təbii bir üsulla son verməyi ümid edirlər

Çalışın sağlam olasınız!

Proqramlar, son yeniliklər telegramda
Detallı məlumat

Biz sosial şəbəkələrdə
Sayğaclar