Lətifələr-2
Bütün kompüter\playstation\telefona aid sualınızı yaza bilərsiniz
055 226 96 22
Bir gün bir evdə ehsan verilir.Ehsanda iki molla o qədər yeyir ki,biri oradaca ölür,digərini palazın üstünə qoyub evinə aparırlar.Yolda molla gözlərini açıb,göydə ulduzları görür və soruşur:
-O nə işıqdır,ordada ehsan verirlər?
Adamlardan biri mollanın sualına sualla cavab verir:
-Molla,doymamısan ki,yenə ehsan axtarırsan?
-Doyan o rəhmətlik kimi olardı ,-deyə molla ölən yoldaşını işarə edir.
Bir nəfər kar adamın qonşusu xəstələnir.Kar qərara gəlir ki,ona baş çəkib əhvalını soruşsun.Yolla gedərkən öz- özünə deyir:mən onun dediklərini eşitməyəcəm.Yaxşısı budur ki,onunla edəcəyim söhbətin məzmununu indidən müəyyənləşdirim.Mən içəri girəndə ondan soruşacağam :nə olub,ay qonşu,indi necəsən?o cavab verəcək ki,yaxşıyam.Mən də deyəcəyəm olsun, olsun.Beləliklə ,kar xəstəyə verəcəyi bütün sualları və alacağı müvafiq cavabları özlüyündə müəyyənləşdirir.O,xəstə qonşunun yanına daxil olarkən xəstənin ağrısı daha da şidətlənmişdi.Kar həmin suallarla ardıcıl olraq xəstəyə müraciət edir,aldığı cavabların məzmununu başa düşmədən növbəti sualı verir:
-Nə olub,ay qonşu,indi necəsən?
-Necə olacağam, ölürəm.
-Olsun ,olsun
-Yanına kim gəlir?
-Kim gələcək ,Əzrayıl!
-Qədəmləri xoş olsun.
-Yeməyin necədir,nə yeyirsən?
-Nə yeyəcəm ,zəhrimar.
-Nuşi-canın olsun.
İki hindu ata ilə oğul meşədə ac vəziyyətdə özlərinə yemək axtarırılar.Birdən gözlərinə bir qadın sataşır.Oğlan həmin dəqiqə “ata onu yeyək?” deyə atasından soruşur.Atası deyir:”yox oğlum onu aparaq evə ,evdə ananı yeyərik.”
Bir gün bir qız dolu bir avtobusa minir.Bu vaxt bir oölan ayağa durmaq istəyir.Qız etiraz edərək-“yox,yox zəhmət çəkməyin “-deyib oğlanı geri oturdur.Bir az keçir oğlan yenə ayağa durmaq istəyəndə qız yenə etiraz edib geri otuzdurur.Sonra oğlan hirsli halda ayağa durub deyir-“xanım ,artiq 2 dayanacaq ötürmüşəm.Çəkilin düşürəm.”
Zəng çalınır...Şagirdlər içəri girir....Riyaziyyat dərsi başlayır....
Müəllimə jurnala baxıb deyir:
Naaaaaaaaaattttttiiiiiiiiiqqqq......
Natiq deyir : Hııııııııııııııııı......
Müəllimə: Zəhriman hıııı, çor hıııı....Müəllimə danışanda şagird əyağa qalxar!!! De görüm 2*3 nəçə eləyər ?
Natiq deyir : 10
Müəllimə: Otur əəə....
Biraz sonra.....
Oooooooooorrxaaaaaaaannnn.....
Orxan : Hııııııııı......
Müəllimə: Zəhrimar hııııı, çor hııııı.....Müəllim danışanda şagird əyağa qalxar!!! de görüm 5*5 neçə eləyər ?
Orxan: 25
Müəllimə: Bəs 3*5 neçə eləyər?
Deyir: 15
Müəllimə: Sən laaaf professorsan kiiii
Sabahısı gün Orxan gəlir müəlliməyə deyir: Müəəəəəəəəlllliiiiimmməəəəəəəəə.......
Müəllimə deyir: Hıııııııııı.....
Orxan deyir: Zəhrimar hııııı, eeee hıııııı....Professor gələndə müəllimə ayağa qalxar
Proqramlar, son yeniliklər telegramda