Sosial şəbəkələrdə sizləri qıcıqlandıran 10 insan növü



Sosial şəbəkələr müxtəlif xarakter və vərdişlərə sahib insanlarla dolu olan virtual yerlərdir. Həmin insanlardan çoxu özünü fağır və sakit aparır. Lakin elə insanlara da rast gəlinir ki, onlardan öz sosial şəbəkə hesablarını silmələrini və ümumiyyətlə internetdən uzaq olmalarını xahiş etməyi istəyirsən. İnsanlarda qıcıqlandırma yaradan insan növlərini aşağıdakı siyahıda təqdim edirik.

Sevgililər


Daimi şəkildə özlərinin və ya münasibətdə olduqları şəxslərlə birgə fotolarını paylaşırlar, sonsuz sevgi uğrunda and içirlər və bir-birindən ayrı necə yaşaya bilmədikləri barəsində danışırlar. Siz və sizin dostlarınız bəlkə də arzulayırsınız ki, həmin iki şəxs tez bir zamanda evlənsəydilər sosial şəbəkədəki ana səhifəniz dincələrdi.


Lovğalar


Reallığı biraz da şişirdərək öz maaşlarının miqdarı, evlərinin ölçüsü, təzə aldıqları ayaqqabılarının qiyməti barəsində danışırlar. Onlar bu haqda danışmağı istəyirlər. Biz isə onları yüksək səviyyədə qızıqlandıran insanlar növünə aid etmək istəyirik.


Özü-özünü reklam edənlər


“Mənim təşkil etdiyim tədbirə gəlin”, “mənim yeni mahnıma qulaq asın”, “yeni məhsulu mənim online mağazamdan alın” və s. Dostum mən nə supermarketə nədə konsertə gəlmişəm. Mən Facebook-a gəlmişəm. Özünü başqa yerdə reklam et və adamı əsəbiləşdirmə.


Professional mübahisəçilər


Mübahisə xatirinə mübahisə etmək onların sevimli peşələridir. Onlar istənilən kiçik diskussiyanı mənasız və şişirdilmiş müzakirəyə çevirməyi bacarırlar. Onlar hətta mübahisədə olduqları şəxsin qarşısına guya nüfuzlu mənbələrdən olan “arqument”ləri gətirərək həmin şəxsin bir kəlmə də deməsinə imkan vermirlər. Çox dəhşətli haldır.


Keçmişin xatirələri


Orta məktəbdə oxuyan zaman 6-cı sinifdə bir parta arxasında oturduğunuz şəxs yadınızdadırmı? Təbii ki, əksər vaxt belə adamlar xatırlanmır. Günlərin birində o sizə sosial şəbəkədə dostluq göndərər və ardınca da “Salam” yazar. Siz isə oturub fikirləşərsiniz ki, niyə bu şəxs mənə dostluq göndərdi? Əksər hallarda bu cür adamlar qıcıqlandırırlar və həmin adamlara heçnə yazmaq istəmirsən. Əgər belədirsə onda heçnə yazmayın.


Oyun həvəskarları


Candy Crush tərzli oyunlarda rekordlar qıraraq sosial şəbəkələrdə öz dostlarını və digər insanları həmin rekordların paylaşılması ilə bezdirirlər. Bunun qarşısını almaq üçün oyunda sadəcə bir düyməyə klik etmək lazımdır. Lakin onu etmək əvəzinə kənar insanlar belə hallardan əziyyət çəkməlidirlər. Bundan əlavə olaraq həmin oyunlardan sizlərə gələn sorğular da var. Etməyin belə şeylər.


Guya aşpazdır


Yemək bişirməyi və foto çəkməyi də bacarmır. Buna görə də öz dostlarına öz əlləri ilə bişirilmiş yemək “şah əsəri”nin fotoları ilə əziyyət verir. Məsələ burasındadır ki, həmin yeməklər adətən heç iştahaçıcı olmurlar və ana səhifədə tez-tez rast gəlinirlər.


Xoşbəxt ailələr

Yenicə ata və ana olmuş əziz şəxslər: Sizin öz övladınıza olan sevginiz barədə bizim heç bir şübhəmiz yoxdur və sizin bu sevgini sərgiləməyə tamamilə haqqınız var. Lakin siz hər gün bu barədə 250  foto paylaşsaz, biz də bu sevgini inkar etməyə haqq qazanırıq. Necə deyərlər az olsun keyfiyyətli olsun.


Aktiv səyahətçi


Məzuniyyətdə olarkən müxtəlif yerlərdə özünü qeyd edərək digər insanlarda paxıllıq yaradır. Bir çoxlarının fikrincə həmin insanlar öz dostlarını qıcıqlandırmaq üçün bunu qəsdən edirlər.


Hər an nəsə yazan insanlar


Həmin insanlar hər saat nə etdikləri barəsində yazaraq öz dostlarına xəbər verirlər. “Mağazada oldum”, “yemək yedim”, “itimi gəzintiyə çıxardım”, “yatıram hamıya şirin yuxular” və s. Bu cür postları nə oxumaq olur nədə bəyənmək. Ən sadəsi dostluqdan çıxartmaqdır.

Proqramlar, son yeniliklər telegramda
Detallı məlumat

Biz sosial şəbəkələrdə
Sayğaclar