loading...

WhatsApp'a istifadəçi yerini göstərən stikerlər gəlir



Məşhur messencerin yaradıcıları WhatsApp-ın 2.18.120 versiyalı betasında stikerlər albomu üzərində çalışmağa başlayıblar. Lakin görünür, bu yeni funksiya hələ tez bir zamanda istifadəçilərə təqdim olunmayacaq. Belə ki, tərtibatçılar stikerlər funksiyasının təqdim edilməsindən öncə onun funksionallığının yaxşılaşdırılması üzərində çalışırlar. Bir neçə müddət bundan öncə messencerin yeni beta versiyasında stikerlərlə bağlı yeni funksiya ortaya çıxdı.


Bu funksiya iki stikeri bir sırada qruplaşdırmağa imkan verir. Əgər siz bir neçə stiker göndərir və ya bir neçə stikeri kombinasiya edirsinizsə bu yeni funksiya çatdakı yerə qənaət etməyə imkan verir. Bu funksiya hələki istifadəçilərə təqdim olunmayıb. Lakin yaxın zamanda hamı üçün aktiv ola bilər. Bundan əlavə olaraq messencerin yeni beta versiyasına istifadəçinin yerini göstərən stikerlər də əlavə olunub. Geostikeri seçəndən sonra istifadəçi onun daxilində istənilən yeri əks etdirə bilər. Həmçinin bu funksiya foto, video və GIF animasiyalar üçün də aktivdir.




Detallı məlumat

Təəssüratlar 1
Seyhun90
Salam hansı musiqi proqramı yaxşıdır. Zəhmət olmasa tövsiyyə verərdiniz
Statistika
Xəbərlər: 7762
+1

Rəylər: 13313
+0

İstifadəçilər: 48637
+1


Qrup üzrə:
Adminlər: 7
Redaktorlar: 4
Jurnalistlər: 0
Təsdiqlənmiş istifadəçilər: 0
İstifadəçilər: 48625

Vaxt üzrə:
Bu gün: 1
Dünən: 2
Həftə ərzində: 4
Ay ərzində: 44

Qeyd: E-mail hesabları hazırda işlək olmayan istifadəçilərin hesabları hissə-hissə olaraq silinəcək. Təxmini hesablamalara görə 60 mindən çox qeydiyyatlı istifadəçinin 20-30 mini saytımızdan silinəcək.
Biz sosial şəbəkələrdə
Sayğaclar