Whatsapp'a stikerlər funksiyası gəldi



    Çox təəccüblü haldır ki, Whatsapp kimi platformada indiyənə kimi stikerlər funksiyası yox idi. Bugündən etibarən isə messencerin sonuncu versiyasında stikerlər funksiyası artıq hamı üçün aktiv hala gələcək. Stikerlər funksiyası tədricən əlavə olunacaq. Əgər siz bugün Whatsapp-da bu funksiyanı aşkar edə bilməsəniz məyus olmayın. Yaxın zamanda funksiya hamı üçün aktiv hala gələcək. Beləliklə messencer dünyanın müxtəlif rəssamları sayəsində bir neçə stiker siyahısını təqdim edir. İlk başda istifadəçilərə Cuppy, Komo Salty dlı stikerlər siyahısı təqdim olunur. Bundan əlavə olaraq istifadəçilər özləri də stiker yarada biləcəklər. Bunun üçün messencerin rəsmi saytına daxil olmaq lazımdır və istifadəçi tərtibatçı hesabına sahib olmalıdır. Stikerlər funksiyası həm Android həmdə iOS üçün aktiv olacaq. Bununla yanaşı yeni çıxacaq stikerləri onlina mağazadan da yükləmək olacaq.


Proqramlar, son yeniliklər telegramda
Detallı məlumat

Biz sosial şəbəkələrdə
Sayğaclar