Facebook istifadəçi məlumatlarının sızdırılması ilə bağlı 200 tətbiqin fəaliyyətini dayandırıb



    Facebook şirkəti böyük həcmdə istifadəçi məlumatlarına sahib ola biləcək tətbiqləri analiz edib və onlardan 200-nün fəaliyyətini beynəlxalq qalmaqal ilə yekunlaşmış istifadəçi məlumatlarının sızdırılması hadisəsinin istintaqı çərçivəsində dayandırıb. Bu barədə şirkətin vitse prezidenti Ime Archibong bildirib. Həmin tətbiqlər Facebook mütəxəssisləri tərəfindən onların fəaliyyətlərinin analizinin bitməsinə kimi deaktiv edilib.

    Əgər məlum olsa ki, hansısa tətbiq istifadəçi məlumatlarından suistifadə edib, həmin tətbiqin fəaliyyəti sosial şəbəkə daxilində məhdudlaşdırılacaq və tətbiqdən istifadə etmiş şəxslər təhlükəsizlik baxımından bu barədə məlumatlandırılacaqlar. Vitse prezidentin verdiyi məlumata əsasən 2014-cü ildə sosail şəbəkənin siyasətindəki dəyişikliklərin edilməsindən öncə böyük həcmdə istifadəçi məlumatlarına sahib ola biləcək bütün tətbiqlər yoxlanılır.

    Sözügedən istintaq iki mərhələdə keçirilir. İlk öncə Facebook komandası böyük həcmdə istifadəçi məlumatına sahib ola biləcək tətbiqlərin icmalını aparır və sonradan şübhəli hal ilə rastlaşan halda bu cür tətbiqlərin tam yoxlanışını keçirdir. Vitse prezident həmçinin qeyd edib ki, bu istintaq mümkün olduğu dərəcədə maksimal şəkildə dəqiq və vaxtında keçirilir.


Proqramlar, son yeniliklər telegramda
Detallı məlumat

Biz sosial şəbəkələrdə
Sayğaclar