Facebook istifadəçi məlumatlarını 60-a yaxın smartfon istehsalçısına ötürürmüş



    Facebook sosial şəbəkəsi istifadəçi məlumatlarını 60-a yaxın smartfon istehsalçısına ötürürmüş. Bu barədə The New York Times saytı xəbər verib. Məlumata əsasən 2008-ci ildən bəri Facebook bu məsələdə 60 smartfon istehsalçısı ilə tərəfdaşlıq edib. Onların sırasında Apple, Amazon, BlackBerry, Microsoft Samsung şirkətləri də var. Məlumata əsasən şirkətlərin bir hissəsi istifadəçilərin dini, siyasi baxışları və s. kimi məlumatları onlardan icazəsiz əldə edə bilir.

    The New York Times bildirib ki, Facebook bu ilin Aprel ayından bu tərəfdaşlıqlara son qoymağa başlasa da onlardan bəziləri qüvvədə qalmaqda davam edir. Sosial şəbəkə isə şirkətlər ilə olan tərəfdaşlığı barəsində məlumatları gizli saxlayır. Apple şirkətinin təmsilçiləri bildiriblər ki, şirkət istifadəçi məlumatlarından ona görə istifadə edib ki, istifadəçilər tətbiqə daxil olmadan sosial şəbəkəyə foto yükləyə bilsinlər. Şirkət həmçinin bildirib ki, o bu özəllikdən 2017-ci ilin Sentyabr ayından bəri məhrum olub. Samsung və Amazon şirkətləri isə bu məsələdə rəy bildirməkdən imtina ediblər.

    Facebook şirkətinin təmsilçiləri bildiriblər ki, sosial şəbəkənin tərəfdaşlarından bəziləri istifadəçilər və onların dostları barəsindəki məlumatları özlərində saxlayırlar. Onların sözlərinə əsasən şirkətlər həmin məlumatların mübadiləsini sosial şəbəkənin konfidensiallıq siyasəti və ABŞ-ın Ticarət üzrə Federal Komissiyasının şərtləri çərçivəsində reallaşdırırlar. Qeyd etmək lazımdır ki, bu ilin Aprel ayında Facebook istifadəçi məlumatlarının sızdırılması məsələsi ilə bağlı böyük qalmaqalın səbəbkarı olmuşdu. Belə ki, bu ilin Mart ayında şirkət öyrənmişdi ki, 87 milyon Facebook istifadəçisinin məlumatları sızdırılmışdı. 


Proqramlar, son yeniliklər telegramda
Detallı məlumat

Biz sosial şəbəkələrdə
Sayğaclar