Dünyanın 1 TB'lıq daxili yaddaşına sahib ilk smartfonu: Smartisan Nut R1 təqdim olundu



    Çinin Smartisan brendi Nut R1 adlı flaqman smartfonunu anons edib. Bu smartfon nazik ekran çərçivələrinə sahibdir. Lakin bu, onun əsas özəlliyi deyil. Smartfonun əsas özəlliyi ondan ibarətdir ki, o, dünyanın ilk cihazıdır ki, 1 TB-lıq daxili yaddaş həcminə sahibdir. Smartisan Nut R1 modelinin demək olar ki, bütün ön panelini 18.7:9 nisbətli 2242x1080 piksel keyfiyyətli 6.17 inç-lik ekran əhatə edir. Onun yuxarı hissəsində isə ön kamera üçün kiçik çıxıntı yeri var.


    Smartfon həmçinin Snapdragon 845 prosessoru, 6/8 GB RAM, 64/128 GB və 1 TB-lıq daxili yaddaş həcmi, Quick Charge 4 sürətli enerji yığma özəllikli 3600 mAh enerji tutumlu batareya (naqilsiz şarj texnologiyası da dəstəklənir), USB Type-C girişi və iki SIM kart girişi ilə təchiz olunub. Şarj prosesi məhz USB Type-C girişi vasitəsilə reallaşdırılır.


    Kameralara gəldikdə isə smartfon ikili arxa kameraya sahibdir. Onlardan biri f/1.8 diafraqmalı, Dual Pixel sürətli fokuslanma texnologiyalı və optik stabilizasiyalı 12 MP-lik modul (Sony IMX363), digəri isə f/1.75 diafraqmalı 20 MP-lik (Sony IMX350) moduldur. Smartfonun ön kamerası isə 24 MP-likdir. Smartisan Nut R1-in arxasında olan dairəvi şəkilli loqo barmaq izi skanı texnologiyasıdır. Qeyd etmək lazımdır ki, smartfon artıq Çində satışa çıxıb. 6 GB RAM və 64 GB daxili yaddaşa sahib versiya 540$, 6 GB RAM və 128 GB daxili yaddaşa sahib versiya 630$, 8 GB RAM və 128 GB daxili yaddaşa sahib versiya 705$, 8 GB RAM və 1 TB daxili yaddaşa sahib versiya isə 1390$ qiymətinə satılır.


Proqramlar, son yeniliklər telegramda
Detallı məlumat

Biz sosial şəbəkələrdə
Sayğaclar