Ekran üzərində çıxıntıya sahib ilk Nokia smartfonu: Nokia X6 təqdim olundu



    HMD Global şikəti Pekində Nokia X6 modelini təqdim etdi. Sözügedən smartfon şirkətin Nokia seriyasında ilk cihazdır ki, çərçivəsiz ekrana və ekranın yuxarı hissəsində kiçik çıxıntıya sahibdir. Nokia X6 19:9 nisbətli Full HD+ keyfiyyətli 5.8 inç ekranla təchiz olunub. Ekranın yuxarı hissəsindəki çıxıntı yerində danışıq üçün səsgücləndirici və f/2.0 diafraqmalı 16 MP-lik ön kamera yerləşdirilib. Smartfonun arxa paneli şüşə ilə örtülüb və orada ikili arxa kamera ilə barmaq izi skanı texnologiyası yerləşir.


    Texniki özəlliklərə gəldikdə isə Nokia X6 1.8 GHz tezlikdə çalışan 8 nüvəli Snapdragon 636 prosessoru, Adreno 509 qrafik sürətləndirici, 4/6 GB RAM, 32/64 GB daxili yaddaş (256 GB-a kimi microSD dəstəkli), 16 MP (f/2.0 diafraqmalı) + 5 MP (f/2.2 diafraqmalı) ikili arxa kamera, 16 MP-lik ön kamera, Quick Charge 3.0 sürətli enerji yığma özəllikli 3060 mAh enerji tutumlu batareya, USB Type-C girişi və iki SIM kart girişi ilə təchiz olunub.


    Nokia X6 Android 8.1 Oreo əməliyyat sistemi vasitəsilə çalışır və Android P-yə kimi yenilənəcək. Smartfonu artıq bugündən etibarən Çində ön sifariş etmək olar. 4 GB RAM və 32 GB daxili yaddaşa sahib versiya 200$, 4 GB RAM və 64 GB daxili yaddaşa sahib versiya 235$, 6 GB RAM və 64 GB daxili yaddaşa sahib versiya isə 265$ qiymətinə satılacaq.


Proqramlar, son yeniliklər telegramda
Detallı məlumat

Biz sosial şəbəkələrdə
Sayğaclar