Büdcəli Galaxy J seriyası davam edir: Galaxy J4 (2018) təqdim olundu



Samsung şirkəti Galaxy J4 (2018) adlı büdcəli smartfonu təqdim edib. Galaxy J4 (2018) 5.5 inç HD ekran, 4 nüvəli Exynos 7570 prosessoru, Mali-T720 MP1 qrafik sürətləndirici, 2 GB RAM, 16 GB daxili yaddaş (microSD dəstəkli), f/1.9 diafraqmalı 13 MP-lik arxa kamera, f/2.2 diafraqmalı 5 MP-lik ön kamera və 3000 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Hər iki kamera işıqlandırma sisteminə sahibdir. Bundan əlavə olaraq smartfon LTE modul, iki SIM kart girişi və 3.5 mm-lik audiogirişi özündə birləşdirir. Təəssüflər olsun ki, cihaz barmaq izi skanı texnologiyası ilə təchiz olunmayıb. Galaxy J4 (2018) Android 8.0 Oreo əməliyyat sistemi vasitəsilə çalışır. Smartfon 185$ qiymətinə satılacaq. Lakin onun Avropada nə zaman satışa çıxacağı barəsində heç bir məlumat yoxdur.


Proqramlar, son yeniliklər telegramda
Detallı məlumat

Biz sosial şəbəkələrdə
Sayğaclar