Samsung 3 arxa kameraya sahib ilk Galaxy smartfonunu təqdim etdi



    Galaxy Note 9-un təqdimatından 1 ay sonra Samsung şirkəti Galaxy A7 (2018) adlı orta büdcəli smartfon modelini təqdim etdi. Smartfonun əsas üstünlüyü onun 3 arxa kameraya sahib olmasıdır. Qeyd etmək lazımdır ki, bu smartfon Galaxy seriyasının 3 arxa kameraya sahib ilk modelidir. Bundan əlavə olaraq yeni model minimal çərçivələrə sahib Infinity ekranına sahibdir. Beləliklə Galaxy A7 (2018) Full HD+ keyfiyyətli 6 inç AMOLED ekranla təchiz olunub. Smartfonun barmaq izi skanı texnologiyası isə onun kənarında yerləşir. Yəni səsin tənzim olunması üçün nəzərdə tutulmuş düymələrin yerləşdiyi yerdə.


    Smartfon adı çəkilməyən 2.2 GHz tezlikli 8 nüvəli prosessor vasitəsilə çalışır. Cihaz həmçinin 4/6 GB RAM, 64/128 GB daxili yaddaş (512 GB-a kimi microSD dəstəyi) və 3300 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Arxa panel 3 kamera modulundan ibarətdir. Əsas modul f/1.7 diafraqmalı 24 MP-lik kameradır. “Canlı fokus” funksiyası portret rejimində çəkiliş zamanı arxa fonun bulanıq alınması üçün istifadə edilir. Kamera həmçinin yaxşı işıqlandırılmamış mühitdə avtomatik olaraq 4 pikseli 1 tam pikselə birləşdirərək yaxşı keyfiyyətdə fotoların alınmasında yardımçı olur. İkinci modul f/2.4 diafraqmalı genişbucaqlı 8 MP-lik kamera, üçüncü modul isə f/2.2 difraqmalı 5 MP-lik kameradır. Üçüncü kamera fotoda olan ikincidərəcəli detalların təyin edilməsi və onları daha yaxşı şəkildə təqdim edilməsi üçün nəzərdə tutulub.


    Smartfon həmdə f/2.0 diafraqmalı 24 MP-lik ön kamera ilə də təchiz olunub. Ön kamera da yaxşı işıqlandırılmamış mühitdə olan çəkilişlər üçün optimizasiya olunub. Qeyd etmək lazımdır ki, həm arxa kameralar həm ön kamera süni zəka funksiyalarına da sahibdirlər. Galaxy A7 (2018) modeli Android 8.0 Oreo əməliyyat sistemi vasitəsilə çalışır. Smartfon gələn aydan etibarən 407start qiymətində satışa çıxacaq.


Proqramlar, son yeniliklər telegramda
Detallı məlumat

Biz sosial şəbəkələrdə
Sayğaclar