Forbes Reytinqi: Apple dünyanın ən bahalı brendi seçildi



ABŞ-ın məşhur Forbes jurnalı dünyanın ən bahalı 100 brendinin reytinqini tərtib edib. Həmin reytinqə Google, Microsoft, Facebook Amazon şirkətləri də daxil olublar. Lakin artıq 8-ci ildir ki, sözügedən reytinqin birinci yerində məhz Apple şirkəti qərarlaşır. Beləliklə Forbes jurnalı Apple brendini 182.8 milyard dollar dəyərində qiymətləndirib. Yəni şirkətin qiyməti keçən ilki göstərici ilə müqayisədə 8% artıb.

İkinci yeri artıq 3-cü ildir ki, Google şirkəti tutur. Bu dəfə jurnal Google şirkətini 132.1 milyard dollar dəyərində qiymətləndirib. Yəni onun qiyməti 1 il ərzində 30% artıb. Reytinqin ilk üçlüyünü isə Microsoft şirkəti bağlayıb. Onu 104.9 milyard dollar dəyərində qiymətləndiriblər. Yəni onun qiyməti 1 il ərzində 21% yüksəlib. Forbes-un fikrincə dünyanın ən bahalı brendlərinin ilk Top-10 siyahısı ilə aşağıdan tanış ola bilərsiniz.


1. Apple şirkəti – 182.2 milyard dollar (illik 8% artım)


2. Google şirkəti – 132.1 milyard dollar (illik 30% artım)


3. Microsoft şirkəti – 104.9 milyard dollar (illik 21% artım)


4. Facebook şirkəti – 94.8 milyard dollar (illik 29% artım)


5. Amazon şirkəti – 70.9 milyard dollar (illik 31% artım)


6. Coca-Cola şirkəti – 57.3 milyard dollar (illik 2% artım)


7. Samsung şirkəti – 47.6 milyard dollar (illik 25% artım)


8. Disney şirkəti – 47.5 milyard dollar (illik 8% artım)


9. Toyota şirkəti – 44.7 milyard dollar (illik 9% artım)


10. AT&T şirkəti – 41.9 milyard dollar (illik 14% artım).


Dünyanın 100 bahalı brendinin ümumi dəyəri 1 il ərzində 10% artaraq 2.15 trilyon dollar təşkil edib. Həmin reytinqdə 100-cü yeri KFC tutub. Jurnal onu 7.4 milyard dollar dəyərində qiymətləndirib. 


Proqramlar, son yeniliklər telegramda
Detallı məlumat

Biz sosial şəbəkələrdə
Sayğaclar