Əfsanəvi hindistanlı aktyorun iştirakı ilə OnePlus 6T'nin ilk reklam videosu yayıldı



    OnePlus 6T flaqman smartfonunun ilk reklam videosu artıq internetdə paylaşılıb. Smartfonu isə Hindistanın əfsanəvi aktyoru Amitabh Bachchan reklam edir. Videonun özü çox qısadır və həmin videoda smartfonun ekranına inteqrasiya olunmuş barmaq izi skanı texnologiyasından danışılır. Beləliklə artıq 100% əminliklə qeyd etmək olar ki, OnePlus 6T bu texnologiyaya sahib olacaq. Bundan əlavə olaraq smartfon 6.4 inç AMOLED ekran və şəkilli çıxıntı hissə ilə təchiz olunacaq. Smartfon Snapdragon 845 prosessoru vasitəsilə çalışacaq. Son məlumata əsasən OnePlus 6T 17 Oktyabr tarixində təqdim olunacaq.


Proqramlar, son yeniliklər telegramda
Detallı məlumat

Biz sosial şəbəkələrdə
Sayğaclar