Xiaomi Redmi 6-nın təqdimat tarixi məlum oldu



    Xiaomi şirkətinin Redmi seriyasından olan smartfonlar büdcəli seqmentdə ən məşhur cihazlardan biridir və bu brendin pərəstişkarları artıq uzun müddətdir ki, Redmi 5-i əvəzləyəcək smartfonu gözləyirlər. Nəticədə Xiaomi şirkəti Redmi 5-in davamçısının təqdimat tarixini açıqladı. Şirkətin Weibo sosial şəbəkəsində paylaşdığı tizer fotoda 12 İyun tarixi əks olunub. Həmin təqdimatda dəqiq olaraq Redmi 6 seriyasının modellərindən birini təqdim edəcəklər.


    Heç istisna deyil ki, şirkət bir model ilə kifayətlənməyərək Redmi 6A, Redmi 6 Pro/Plus modellərini də təqdim edəcək. Smartfon bazarındakı sonuncu trendlərə əsasən Redmi 6 da ekran üzərində çıxıntı hissəyə sahib olacaq. Bir neçə müddət bundan öncə Redmi 6 Pro modelinin texniki göstəriciləri internetə sızdırılmışdı. Beləliklə həmin sızıntı məlumatlara əsasən smartfon 19:9 isbətli 2280x1080 piksel keyfiyyətli 5.84 inç ekran, 2.0 GHz tezlikdə çalışan 8 nüvəli prosessor, 2/4 GB RAM, 16-64 GB daxili yaddaş, 12 MP-lik ikili arxa kamera və 3900 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq.


Proqramlar, son yeniliklər telegramda
Detallı məlumat

Biz sosial şəbəkələrdə
Sayğaclar
undetected Valorant cheats