Ekran üzərində çıxıntıya sahib büdcəli smartfon: Xiaomi Redmi 6 Pro'nun real fotoları təqdim olundu



    Təqdimata hazırlaşan Xiaomi Redmi 6 Pro modelinin keyfiyyətli real fotoları istehsalçı tərəfindən təqdim edildi. Beləliklə smartfonun dizaynı tam olaraq məlum oldu. Bəli, sözügedən model iPhone X tərzində ekran üzərində çıxıntıya və 19:9 nisbətində ekrana sahibdir. İndi biz bilirik ki, Redmi 6 Pro modeli şaquli şəkildə yerləşdirilmiş ikili arxa kamera ilə təchiz olunub. Barmaq izi skanı texnologiyası isə Xiaomi smartfonları üçün standart olan yerdə yerləşdirilib. Smartfon həmdə iki SIM kart və əlavə olaraq microSD yeri ilə də təchiz olunub. Texniki özəlliklərinə gəldikdə isə bu model 5.84 inç Full HD+ ekran, Snapdragon 625 prosessoru, 3/4 GB RAM, 32/64 GB daxili yaddaş, süni zəka texnologiyalı 12 MP + 5 MP ikili arxa kamera və 4000 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq. Qeyd etmək lazımdır ki, smartfonun rəsmi təqdimatı 25 İyun tarixində baş tutacaq.


Proqramlar, son yeniliklər telegramda
Detallı məlumat

Biz sosial şəbəkələrdə
Sayğaclar