'Mən dəliyəm': Google Translate yenidən qəribə və səhv tərcüməsi ilə diqqət mərkəzinə düşdü



    Məşhur Google Translate servisində maraqlı özəllik aşkar edilib. Tərcümə prosesini ingilis dilindən fransız dilinə çevirdikdə və “I’m a flat earther” (mən yastı dünya nəzəriyyəsinin tərəfdarıyam) yazdıqda servis onu fransız dilinə “mən dəliyəm” (je suis un fou) kimi tərcümə edəcək. Bu cür qəribə tərcümə prosesi məşhur Reddit saytında müzakirələrə səbəb olub.


    İstifadəçilər qeyd ediblər ki, bu cür hal yalnız ingilis dilindən fransız dilinə tərcümədə rast gəlinir. Qeyd etmək lazımdır ki, bu, Google Translate servisində baş verən ilk sistem səhvi deyil. Daha öncələr də sözügedən servisdə maraqlı tərcümə səhvləri olub. Nəzərinizə çatdıraq ki, yastı dünya nəzəriyyəsinin tərəfdarları əsasən ABŞ-da fəaliyyət göstərərək insanları Yer kürəsinin əslində kürə şəklində olmadığına inandırmağa çalışırlar.


Proqramlar, son yeniliklər telegramda
Detallı məlumat

Biz sosial şəbəkələrdə
Sayğaclar