ABŞ və Avropa Google şirkətinə qarşı istintaqa start verdi



    İrlandiya, Almaniya və ABŞ-ın iki ştatı (Nyu York ilə Konnektikut) Google+ sosial şəbəkəsinin 500.000 istifadəçisinin məlumatlarının sızdırılması barəsində istintaqa start verdiklərini bildiriblər. “Biz bu hadisədən xəbərdarıq və hazırki vəziyyətdə məlumat sızıntısının səbəbini, xarakterini araşdırırıq. Vacib məlumatlar əldə olunubmu, gələcəkdə bu cür hadisələrin qarşısını almaq üçün hansı tədbirlər görülür və s.” – deyə Konnektikut ştatının baş prokurorunun təmsilçisi bildirib.

    Məlumata əsasən Nyu York ştatının baş prokurorunun təmsilçiləri bildiriblər ki, onlar da bu hadisə ilə bağlı istintaqa start veriblər. Eyni zamanda istintaqa həmçinin İrlandiya və Almaniyada məlumatların təhlükəsizliyi üzrə fəaliyyət göstərən nizamlayıcı orqanlar da start verib. Qeyd etmək lazımdır ki, bazar ertəsi Google şirkəti bildirmişdi ki, o, bu ilin yaz fəslində Google+ sosial şəbəkəsində sistem boşluğu aşkar etmişdi. Həmin sistem boşluğu sayəsində kənar tərtibatçıların 430-a yaxın tətbiqi Google+ istifadəçilərinin özəl məlumatlarını əldə edə bilərmiş.

    Əldə olunmuş məlumatlar arasında istifadəçilərin adları, elektron poçt ünvanları, cinsləri və yaşları ola bilər. Şirkət bu hadisənin hansı sayda istifadəçiyə təsir etdiyini dəqiq olaraq bilmir. Lakin bununla yanaşı istisna etmir ki, 500.000-ə yaxın Google+ istifadəçisinin məlumatları əldə edilmiş ola bilər. Qeyd etmək lazımdır ki, məhz bu hadisə Google+ sosial şəbəkəsinin gələn il bağlanacağı qərarının əsas səbəblərindən biri oldu.

Proqramlar, son yeniliklər telegramda
Detallı məlumat

Biz sosial şəbəkələrdə
Sayğaclar