Çoxdan gözlənilən funksiya gəldi: Whatsapp'a qrup videçatları əlavə olundu



    Whatsapp-a çoxdan gözlənilən funksiya gəldi. Belə ki, bugündən etibarən Android iOS istifadəçiləri sözügedən messencerdə 4 nəfərədək qrup videoçatları vasitəsilə ünsiyyət qura biləcəklər. Bu funksiyadan istifadə etmək üçün ilk öncə bir nəfərlə videoçat yaratmaq lazımdır. Bundan sonra əlavə 2 nəfəri qrup videoçatına əlavə etmək üçün ekranın yuxarı sağ hissəsindəki xüsusi düyməyə klik etmək lazımdır. Məlumata əsasən messencerdəki qrup videoçatları adi mətn mesajları kimi end-to-end sxemi üzrə şifrələnir.


    Qeyd etmək lazımdır ki, qrup videoçatlarının yaradılması üçün messencer tərtibatçıları bir xeyli vaxt sərf ediblər. Adi videoçat funksiyası hələ 2 il bundan öncə təqdim olunmuşdu. Bu ilin May ayında isə F8 Facebook konfransında Mark Zuckerberg bildirmişdi ki, Whatsapp və Instagram-a qrup videoçatları əlavə olunacaq. Instagram bu funksiyanı İyul ayının əvvəlində əldə etmişdi. Beləliklə yeni funksiyadan istifadə etmək üçün sadəcə olaraq messenceri son versiyayadək yeniləmək lazımdır.


Proqramlar, son yeniliklər telegramda
Detallı məlumat

Biz sosial şəbəkələrdə
Sayğaclar