Ümumi qiyməti 18.000 dollar olan 12 smartfon dözümlülük testindən keçdi



    Tom’s Guide saytının mütəxəssisləri məşhur smartfonlardan hansılarının daha dözümlü olduqlarını yoxlamaq üçün onlar üzərində sınaqlar keçirdiblər. Sözügedən sınaqlardan uğurla keçərək birinci yeri Motorola Moto Z2 Force modeli tutub. O digər smartfon modellərindən fərqli olaraq rahatlıqla 1.2-1.8 metr hündürlükdən taxta və beton səth üzərinə düşüşə dözüb. Bundan əlavə olaraq onun işinə hətta su ilə dolu qaba eniş də heç bir problem yaratmayıb. Mütəxəssislərin sözlərinə əsasən sözügedən sınaqdan sonra smartfonun korpus və şüşəsinin üzərində heç bir çatlaq izi qalmayıb. Sınaq nəticələrinə görə növbəti yerləri tutmuş smartfonlar siyahısı ilə aşağıdan tanış ola bilərsiniz.


1. Motorola Moto Z2 Force


2. LG X Venture


3. Apple iPhone X


4. LG V30


5. Samsung Galaxy S9


6. Motorola Moto G5 Plus


7. Apple iPhone 8


8. Google Pixel 2 XL


9. Huawei Mate 10 Pro


10. OnePlus 5T


11. Samsung Galaxy Note 8


12. Apple iPhone SE.


Proqramlar, son yeniliklər telegramda
Detallı məlumat

Biz sosial şəbəkələrdə
Sayğaclar