Motorola özünün yeni flaqman modeli olan Moto Z3-ü təqdim etdi. Smartfon bu ayın sonunda ABŞ bazarında satışa çıxacaq. Onun digər bazarlarda nə zaman satışa çıxacağı barəsində isə heç bir məlumat yoxdur. Moto Z3 bəlkə də dünyanın ilk 5G texnologiyalı smartfon modeli olacaq. Belə ki, sözügedən smartfon gələn il Verizon mobil operatorunun 5G texnologiyasına keçidi ilə birlikdə 5G texnologiyasına kimi yenilənəcək. Moto Z3 şüşədən hazırlanmış korpus və maksimal dərəcədə nazik çərçivələrə sahib 6 inç AMOLED ekranla təchiz olunub.
Bununla yanaşı smartfon ikili arxa kamera və səsin tənzim olunması düymələrinin alt hissəsində barmaq izi skanı texnologiyasına sahibdir. Bundan əlavə olaraq arxa paneldə əvvəlki modulları dəstəkləyən Moto Mods girişi və Qualcomm şirkətinin yeni 5G modemi yerləşir. Bununla belə Moto Z3-ü 2017-ci ilin smartfonu adlandırmaq olar. Belə ki, o, Snapdragon 835 prosessoru, 4 GB RAM, 64 GB daxili yaddaş, 12 MP + 12 MP ikili arxa kamera, 8 MP-lik ön kamera və 3000 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Hal hazırda smartfon Android Oreo əməliyyat sistemi vasitəsilə çalışsa da yaxın zamanda Android P-ə kimi yenilənəcək. Smartfon ABŞ-da 480$ qiymətinə satılacaq.