Lenovo şirkəti özünün yeni flaqman modeli olacaq Z5-in təqdimatına hazırlaşır. Qeyd etmək lazımdır ki, təqdimat sabah baş tutacaq. Şirkətin direktoru isə bugün yeni smartfonun tizer fotosunu Weibo sosial şəbəkəsində paylaşıb. Görünür, smartfon metaldan hazırlanmış çərçivələr, arxa və ön paneldən isə şüşə ilə əhatə olunacaq. Bundan əlavə olaraq smartfon arxa panelin yuxarı sol hissəsi tərəfdən şaquli şəkildə yerləşdirilmiş ikili arxa kamera ilə təchiz olunacaq. Lenovo Z5 xarici görünüşcə iPhone X-ə bənzə də Apple şirkətinin flaqman modelinin əsas özəlliyinə sahib olmayacaq. Söhbət, ekran üzərindəki çıxıntı hissəsindən gedir.
Lenovo Z5 yüksək göstəricidə ekranın korpusa nisbətini təqdim edəcək. Belə ki, smartfonun ön panelinin 95%-ni ekran əhatə edəcək. Onun yuxarı və aşağı çərçivələri isə maksimal dərəcədə nazik olacaqlar. Çox güman ki, smartfonun barmaq izi skanı texnologiyası onun ekranına inteqrasiya olunacaq. Həmçinin smartfon Snapdragon 845 prosessoru və süni zəka texnologiyası ilə çalışan ön kameraya sahib ola bilər. Daha öncə şirkətin vitse prezidenti bildirmişdi ki, Lenovo Z5 45 gün ərzində gözləmə rejimində və hətta 0% enerji ilə 30 dəqiqə çalışa biləcək. Bu maraqlı smartfonun digər texniki göstəriciləri və ən əsas da onun qiyməti barəsində məlumatları biz sabahkı təqdimatda biləcəyik.
Qeyri rəsmi foto: