Apple şirkəti yeni ekran dizaynına keçid edərək çıxıntı hissədən imtina edəcək



    Görünür, Apple şirkəti yaxın gələcəkdə bütün iPhone modellərində istifadə olunacaq yeni ekran dizaynına keçid etməyi planlaşdırır. Belə ki, şirkət tərəfindən göndərilmiş yeni patent sorğusuna əsasən Apple şirkəti artıq ekranlarda olan çıxıntı hissədən azad olmaq istəyir. Çıxıntı hissənin yerinə ekranın üzərində çox balaca dairəvi forma olacaq. Bu cür ekran dizaynını həmçinin bir neçə müddət bundan öncə Samsung şirkəti də təqdim etmişdi. Maraqlısı ondadır ki, şirkətin yeni patentindəki ekran dizaynında ön kameranın daxil olduğu həmin kiçik dairəvi hissə ekranın ortasında deyil sağ küncündə yerləşir. Məlumata əsasən şirkətin yeni ekran dizaynı nəinki iPhone modellərində həmçinin iPad modellərində də istifadə oluna bilər. Bundan əlavə olaraq bu texnologiya həmdə smart eynəklərdə və televizorlarda tətbiq oluna bilər.



Proqramlar, son yeniliklər telegramda
Detallı məlumat

Biz sosial şəbəkələrdə
Sayğaclar