Uber tez zamanda əlavə qazanc əldə etmək istəyənlər üçün Uber Works servisini test edir



    Yaxın zamanda Uber-də çalışmaq üçün avtomobilə sahib olmaq şərt olmayacaq. Belə ki, şirkət tez bir zamanda əlavə qazanc əldə etmək istəyənlər üçün Uber Works adlı servis hazırlayır. Bu servis vasitəsilə işə düzəlmək istəyənlər üçün xüsusi təcrübə lazım olmayacaq. Məsələn insanlar şirkətdə mühafizəçi və ya ofisiant qismində çalışa biləcəklər.

    Uber tez bir zamanda əlavə qazanc əldə etmək istəyənlər üçün Uber Works servisini hal hazırda Çikaqoda test edir. Beləliklə yaxın zamanda avtomobilə sahib olmayan şəxslər də bu şirkətdə çalışa biləcəklər. Uber Works servisi Uber-in Uber EatsUber Advanced Technologies adlı törəmə şirkətləri kimi müstəqil şəkildə fəaliyyət göstərəcək. Uber Works sayəsində şirkətlər əlavə qazanc əldə etmək istəyən və bununla yanaşı böyük təcrübəyə ehtiyac duyulmayan insanları müəyyən müddətlik işə götürə biləcəklər.

    Sözügedən layihə bir neçə ay ərzində ərsəyə gəlib. Bundan öncə servis Los Ancelesdə test olunurdu. İndi isə növbə Çikaqodadır. Qeyd etmək lazımdır ki, Uber şirkəti bu cür yeni biznes layihələrini IPO öncəsi reallaşdırır. Şirkətin hal hazırki CEO-su Dara Khosrowshahi şirkəti gələn ilin əvvəlində birjaya çıxartmağı planlaşdırır. Hal hazırda Uber ictimai olmayan ən böyük şirkətdir. Onun bazar dəyəri 72 milyard dollar təşkil edir. Buna baxmayaraq Uber gəlir cəhətdən zərər gətirən şirkət olaraq qalır.

Detallı məlumat

Biz sosial şəbəkələrdə
Sayğaclar