Yeni nəsil Apple Watch fiziki düymələrdən məhrum olacaq



    Fast Company şirkətinin analitikləri Apple şirkətinin yeni nəsil Apple Watch smart saatları üzrə planlarını aşkar ediblər. İlk öncə yeni nəsil Apple Watch-da daha böyüdülmüş ekran olacaq. Böyük ekran sayəsində istifadəçi hər hansı kontentə daha rahat baxa biləcək və tətbiqlərlə daha rahat şəkildə qarşılıqlı əlaqədə ola biləcək. Bundan əlavə olaraq saatda mexaniki düymələr sensorlu düymələr ilə əvəz olunacaq. Bu, istifadəçinin toxunuşuna reaksiya verəcək həssas zonalar olacaq.

    Bu cür mexanizm (Taptic Engine) iPhone X smartfonunda da istifadə olunur və cihaz üzərində yerə qənaət etməkdə üstünlük qazandırır. Bundan əlavə olaraq Fast Company şirkətinin analitiklərinin fikrincə yeni nəsil Apple Watch smart saatları yeni ötürücülər vasitəsilə daha da təkmilləşdirilmiş tibbi cihazlar olacaqlar. Bu halda smart saatın nələrə qadir olacağı barəsində isə hələki heç bir məlumat yoxdur. Güman etmək olar ki, ekran ölçüsünün böyüdülməsi və sensorlu düymələrin tətbiq olunması hesabına yeni nəsil Apple Watch-un batareya həcmini böyütmək mümkün olacaq. Yeni nəsil Apple Watch-un Sentyabr-dakı tədbirdə təqdim olunacağı güman edilir.


Proqramlar, son yeniliklər telegramda
Detallı məlumat

Biz sosial şəbəkələrdə
Sayğaclar